...

Qubada həmkəndlilər arasında dava olub

Hadisə Materials 18 İyun 2020 10:05 (UTC +04:00)
Qubada həmkəndlilər arasında dava düşüb.
Qubada həmkəndlilər arasında dava olub

Bakı. Samir Əli - Trend:

Qubada həmkəndlilər arasında dava düşüb.

Trend-in məlumatına görə, hadisə rayonun Tülər kəndində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Muradov Emin Adıgözəl oğlu həmkəndlisi, 1999-cu il təvəllüdlü Dadaşov Mürvət Sadiq oğlu ilə mübahisə edib.

Onlar kəndin ətrafındakı Möhüc çayının kənarına gələrək mübahisəni davam etdirib. Mübahisə davaya çevrilib və nəticədə E.Muradov ağac parçası ilə M.Dadaşovun başından vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti