...

Bakının mərkəzində su kəmərində qəza olub: 4 rayonda su verilməsi dayandırılıb

Hadisə Materials 17 İyul 2020 16:10 (UTC +04:00)
Bakıda su kəmərində qəza verib.
Bakının mərkəzində su kəmərində qəza olub: 4 rayonda su verilməsi dayandırılıb

Bakı. Samir Əli - Trend:

Bakıda su kəmərində qəza baş verib.

Bu barədə Trend-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, Bakı şəhərinin mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində) baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində 18 iyul 2020-ci il səhər saatlarına qədər məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-nin qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti