...

Kaliforniyada meşə yanğınları təxliyyəyə səbəb oldu

Hadisə Materials 6 Sentyabr 2020 10:26 (UTC +04:00)
Kaliforniyada meşə yanğınları təxliyyəyə səbəb oldu

Bakı. Trend:

Kütləvi meşə yanğını səbəbindən ABŞ-ın Kaliforniya ştatında evakuasiya elan edilib.

Trend Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Klivlend milli qoruğunun "Twitter" səhifəsində məlumat verilib.

Bildirilir ki, San Dieqo əyalətinin Alpayn yaşayış məntəqəsinin yaxınlığında meşələr yanır. Yanğının sahəsi 120 hektardan çoxdur.

"Yanğının yayılma sürəti təhlükəlidir, evakuasiya elan edilib", - "Twitter"də yazılır.

Xilasetmə işləri aparılır. Xəsarət alan və ölənlər barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti