Bakı. Samir Əli - Trend:
Ermənistan silahlı qüvvələri gecə saatlarında Gəncə şəhərini yenidən atəşə tutub.
Trend-in məlumatına görə, Ermənistan ərazisindən atılan raketlər şəhər ərazisinə ciddi ziyan vurub. Hadisə nəticəsində mülki obyektlərə, avtomobillərə ziyan dəyib.
Rəsmi məlumata görə, şəhərinə raket zərbələri endirilməsi nəticəsində bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəyib.