Bakı. Trend:
Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Hövsan" və “Bilgəh” sularda xilasetmə məntəqələrinin ərazisində və bir halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.