...

Zaqatalada karantin qaydalarını pozan toy təşkilatçısı cərimələnib

Hadisə Materials 5 Oktyabr 2021 15:44 (UTC +04:00)
Zaqatalada karantin qaydalarını pozan toy təşkilatçısı cərimələnib

Bakı. Trend:

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Danaçı kəndində Dibir Həsənova məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində iştirak edən qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toyun təşkilatçısı D.Həsənov inzibati məsuliyyətə cəlb olunaraq 400 manat cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti