...

Göyçayda toy təşkilatçısı cərimələnib (FOTO)

Hadisə Materials 16 Oktyabr 2021 13:25 (UTC +04:00)
Göyçayda toy təşkilatçısı cərimələnib (FOTO)

Bakı. Trend:

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı toy mərasimində karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Ləkçıplaq kəndində Müşviq Daşdəmirova məxsus evin həyətində keçirilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də iştirakçılardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən olunub.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar M.Daşdəmirov barəsində inzibati tənbeh tədbiri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti