...

Zərdabda karantini pozan toy sahibləri cərimələnib

Hadisə Materials 4 Noyabr 2021 10:36 (UTC +04:00)
Zərdabda karantini pozan toy sahibləri cərimələnib

Bakı. Trend:

Zərdab Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə tədbir keçiriblər. Tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisləri müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, yoxlamalar zamanı rayonun Otmanoba və Əlvənd kəndlərində yerləşən fərdi yaşayış evlərində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntusuna yol vermiş ev sahibləri E.Abdullayeva və V.Abdullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti