...

Qəbələdə 200-dən artıq qonağın iştirak etdiyi toy mərasimləri aşkarlanıb (FOTO)

Hadisə Materials 24 Noyabr 2021 15:14 (UTC +04:00)
Qəbələdə 200-dən artıq qonağın iştirak etdiyi toy mərasimləri aşkarlanıb (FOTO)

Bakı. Trend:

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Mıxlıqovaq kəndi və Nic qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, yoxlamalar zamanı hər bir mərasimdə 200 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də 28 nəfərin COVID-19 pasportu olmadığı müəyyən olunub.
Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Elxan Səmədov və Qriqori Aşuqov inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti