...

Bərdənin "mal bazarı"nda saxta əskinas satan şəxs yaxalandı (FOTO)

Hadisə Materials 25 Dekabr 2021 10:31 (UTC +04:00)
Bərdənin "mal bazarı"nda saxta əskinas satan şəxs yaxalandı (FOTO)

Bakı. Samir Əli - Trend:

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində saxta pul dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, dekabr ayının 24-də Bərdə rayon sakini Ş.Səmədov RPŞ-yə müraciət edərək "Mal bazarı" adlanan ərazidə xırdabuynuzlu heyvanları satdıqdan sonra ona verilən pullardan 13 ədəd 200 manatlıq və 1 ədəd 100 manatlıq əsginasların saxta olduğu barədə məlumat verib.

Daxil olmuş məlumat əsasında keçirilmiş tədbirlərlə saxta pul dövriyyəsində şübhəli bilinən şəxsin Ağdam rayon sakini Elmir Süleymanov olduğu müəyyən edilib.

Faktla bağlı Bərdə RPŞ-də adıçəkilən şəxslərin izahatları alınıb, müvafiq ekspertiza təyin olunub, istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti