Bakı. Trend:
Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində ümumi sahəsi 21 m² olan dəmir konstruksiyadan ibarət gözətçi köşkünün taxta üzlüyü yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.