...

Korrupsiyada ittham edilən gömrük işçilərindən 7-si azadlığa buraxıldı (FOTO)

Hadisə Materials 16 Mart 2022 14:09 (UTC +04:00)
Korrupsiyada ittham edilən gömrük işçilərindən 7-si azadlığa buraxıldı (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Baş Gömrük İdarəsində keçirilən əməliyyat nəticəsində həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə vəkil Aqil Layıc müdafiə çıxışı edib.

Vəkil təqsirləndirilən şəxslərin işdə günahı olmadığını bildirib və onlara bəraət istəyib.

Daha sonra təqsirləndirilən şəxslər son söz deyib. Təqsirləndirilən şəxslər məhkəmədən bəraət istəyib.

Məhkəmə müşavirəyə yollanıb.

Müşavirədən sonra təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmdə bildirilib ki, ibtidai istintaq zamanı bəzi təqsirləndirilən şəxslərin hüquqları pozulub. Bəzi hallarda təqsirləndirilən şəxslərə əsassız ittiham verilib.

Məhkəmə iş üzrə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi üzrə bəraət verib.

Təqsirləndirilən şəxslər 311.3.1-ci maddə ilə təqsirli biliniblər. Təqsirləndirilən şəxslərin hər birinin barəsində 62-ci maddə tətbiq edilib və onların əməli dövlət üçün ictimai təhlükə törədən cinayət hesab edilməyib.

Məhkəmə bu faktları nəzərə alaraq hökm elan edilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən bir nəfər - Elmar Mirzəyev 5 il azadlıqdan məhrum edilib. Sadiq İsgəndərov 9 ay, Rafael Əzizov 9 ay, Orxan Zöhrabov 9 ay, Emin Xəlilov 9 ay Azər Baxşyev 9 ay və Ceyhun Şabanov isə 9 ay müddətinə azadlıqdan məhrum ediliblər. 9 ay həbs cəzası verilən şəxslər məhkəmə zalından azadlığa buraxılıblar. Hökmə əsasən təqsirləndirilən Mirağa Ağayevə isə bəraət verilib.

Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilən şəxslər - Elmar Mirzəyevin 8 il 6 ay, Sadiq İsgəndərovun 8 il 2 ay, Rafael Əzizovun 8 il 1 ay, Orxan Zöhrabovun 8 il 3 ay, Emin Xəlilovun 8 il 2 ay, Azər Baxşyevin 8 il 2 ay, Mirağa Ağayevin 8 il 3 ay, Ceyhun Şabanovun isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyatla saxlanılıblar.

Saxlanılan şəxslər hər biri rüşvət almaqda təqsirli bilinərək barələrində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti