...

Biləsuvarda daşan kanal bərpa edildi

Hadisə Materials 20 Aprel 2022 12:14 (UTC +04:00)
Biləsuvarda daşan kanal bərpa edildi

Bakı. Trend:

Dünən Biləsuvar rayonunun Səmədabad kəndində su kanalının daşması səbəbindən bəzi evləri və onların həyətyanı sahələrini su basıb.

Bunu Trend-ə kəndin bələdiyyə sədri Əliislam Orucov bildirib.

Onun sözlərinə görə, dünən kənd sakinlərindən birinin həyətyanı sahəsini suvarmaq üçün bəndi açıb.

"Nəticədə iki evin həyətyanı sahələrini və bir neçə vətəndaşın hasara alınmış torpaqlarını su basıb. Hadisə nəticəsində ev sahiblərinə maddi ziyan dəyməyib. Dünən aidiyyatı qurumlarla bəndi bərpa elədik. Hazırda kənd əhalisi üçün heç bir təhlükə yoxdur",-deyə bələdiyyə sədri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti