...

İranda 5,5 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 23 May 2022 12:34 (UTC +04:00)
İranda 5,5 bal gücündə zəlzələ olub

Bakı. Elnur Bağışov - Trend:

Bu gün yerli vaxtla 12:06-da İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zahidan rayonunda 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Zəlzələ 16 km dərinlikdə qeydə alınıb.

Ehtimal olunan dağıntı və insan itkisi haqqında məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti