Bakı. Trend:
Mingəçevirdə toy məclisində dava olub.
Trend-in məlıumatına görə, hadisə şəhərin mərkəzindəki "Altun" şadlıq sarayında keçirilən toy məclisində baş verib.
Toyda tamada olan Orxan Hüseynovla qonaq qismində iştirak edən Elşən Abbasov arasında mübahisə yaranıb.
Mübahisə nəticəsində tamada Orxan Hüseynov Elçən Abbasovu bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Trend-in sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən şəxs saxlanılıb və faktla bağlı da Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.