...

Azərbaycanda 300 kq yararsız at cəmdəyi aşkar olunub

Hadisə Materials 1 Noyabr 2022 11:20 (UTC +04:00)
Azərbaycanda 300 kq yararsız at cəmdəyi aşkar olunub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə İsmayıllı rayonu ərazisində keçirilmiş reyd zamanı İsmayıllı kəndində Zülfiyev Vüqar Təşkilat oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində istehlaka yararsız 3 baş at cəmdəyi (300 kq) aşkar olunub.

Bu barədə Trend-ə AQTA-dan xəbər verilib.

Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Araşdırmalar davam etdirilir.

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti