...

Bakıda yaşayış binasında yanğın olub

Hadisə Materials 31 Mart 2023 12:40 (UTC +04:00)
Bakıda yaşayış binasında yanğın olub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin Səbail rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 32 kv.m olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın və 1 ədəd soyuducu yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti