...

Bakıda ağaçların kesilməsi ilə bağlı materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək

Hadisə Materials 16 Aprel 2023 10:32 (UTC +04:00)
Bakıda ağaçların kesilməsi ilə bağlı materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsində yerləşən 34 saylı Şəhər Poliklinikasının qarşısındakı yaşıllıq zolağında ağacların məhv edilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Trend-ə verilən məlumata görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, əraziyə keçirilən baxış zamanı yaşıllıq ərazidə tikinti işlərinin aparıldığı və tikinti altına düşən bir tut ağacının və iki kol bitkisin kəsilərək məhv edildiyi aşkar olunub.

"Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti