...

Bakıda evdə yanğın olub

Hadisə Materials 22 May 2023 08:37 (UTC +04:00)
Bakıda evdə yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Səbail rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan yaxınlıqda olan evin 1 ədəd pəncərə çərçivəsi qismən qarsalanıb.

Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti