...

Kütləvi dava: 2 qardaş döyüldü

Hadisə Materials 3 İyun 2023 13:30 (UTC +04:00)
Kütləvi dava: 2 qardaş döyüldü

Bakı. Trend:

Şəmkir rayonunun Kür qəsəbəsində bir neçə nəfər arasında mübahisə yaranıb, 2 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, rayon sakinləri, 1987-ci il təvəllüdlü Nazim Mirzəyev, qardaşı, 1992-ci il təvəllüdlü Natiq Mirzəli ilə 1988-ci il təvəllüdlü Elmin Kazımov, 1997-ci il təvəllüdlü Xətai Kazımlı və Ayxan Məmmədov arasında mübahisə düşüb.

Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Nəticədə N.Mirzəyev və N.Mirzəli qardaşları müxtəlif bədən xəsarətləri alıblar. Onların xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti