...

Bakıda quldurluğa görə dörd nəfər saxlanılıb

Hadisə Materials 26 İyul 2023 11:06 (UTC +04:00)
Bakıda quldurluğa görə dörd nəfər saxlanılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda quldurluğa görə dörd nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 25-də gecə saatlarında Hövsan qəsəbəsində törədilən quldurluq hadisəsi ilə bağlı daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini olan bir nəfərin pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri 36 yaşlı Elməddin Rəcəbov, 23 yaşlı Nicat Şahbazov, Elvin Əhədov və Hacıqabul rayon sakini Faiq Hüseynov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti