...

Binəqədidə qardaş bacısını yumruqla vuraraq öldürüb

Hadisə Materials 2 Avqust 2023 13:57 (UTC +04:00)
Binəqədidə qardaş bacısını yumruqla vuraraq öldürüb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 2-də saat 13 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində evlərin birində 1965-ci il təvəllüdlü Əfəndiyeva Məlahət Vaqif qızının yumruq zərbəsindən aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun qardaşı 1967-ci təvəllüdlü Əfəndiyev Azər Vaqif oğlu polisə gələrək təslim olub. O, saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti