Bakı. Trend:
Səbail rayonu ərazisindəki Üzeyir Hacibəyov küçəsində yerləşən Sahil bağında gənc oğlan qızı bıçaqlayıb. Cinayəti törədən şəxs hadisədən sonra ərazidən qaçmaq istəyib. Həmin şəxsi polis əməkdaşları saxlayıb. Bıçaqlanan qadın isə təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanaya aparılıb.
DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Trend-ə bildirib ki, Səbail rayonu ərazisindəki Sahil parkında bir qadının kəsilmiş deşilmiş xəsarətlər alması barədə polisə məlumat daxil olub.
Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Sadıq Sadıqov müəyyən olunaraq saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəmnində baş verib. S.Sadıqov barədə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsilə cinayət işi başlanılıb.
Araşdırma aparılır.