...

Xaçmazda elektrik enerjisinin verilişi bərpa olunub (YENİLƏNİB)

Hadisə Materials 5 Yanvar 2024 02:31 (UTC +04:00)
Xaçmazda elektrik enerjisinin verilişi bərpa olunub (YENİLƏNİB)

Bakı. Trend:

Yol-nəqliyyat hadisəsi nəticəsində işıqsız qalan Xaçmazda elektrik enerjisinin verilişi bərpa olunub.

Trend xəbər verir ki, qəza nəticəsində fasilə yaranan internetdə də problem aradan qaldırılıb.

23:59

XXX

Bu gün axşam saatlarında Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, H.Z.Tağıyev küçəsində "Ford" markalı yük avtomobili işıqforda idarəetməni itirərək kommunikasiya dirəklərinə çırpılıb. Nəticə xəsarət alan olmasa da, Xaçmaz şəhərinin böyuk bir hissəsi işıqsız və internetsiz qalıb.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən iş aparılır.

Faktla bağlı araşdırmaya başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti