...

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Hadisə Materials 28 Aprel 2024 23:56 (UTC +04:00)
Bakıda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı. Trend:

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1954-cü il təvəllüdlü Dadaşov Natiq Hüseyin oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti