...

Bakıda inzibati binada yanğın olub

Hadisə Materials 25 İyun 2024 00:42 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 360 m² olan üçmərtəbəli inzibati binanın ikinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 20 m² sahədə və 10 ədəd rəf yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan otağın lambirdən ibarət tavanı 80 m² sahədə əriyib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti