Bakı. Trend:
Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ikimərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 400 m² olan restoranın havalandırma sistemində yağ qalıqları, mühərrik hissəsi, üzərindən keçən kabel 5 p.m və yaxınlıqda olan ərzaq malları yanıb. Restoran yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.