...

Bakıda avtomobil mağazaya çırpıldı - 3 nəfər yaralandı (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 19 Yanvar 2025 10:51 (UTC +04:00)
Bakıda avtomobil mağazaya çırpıldı - 3 nəfər yaralandı (ƏLAVƏ OLUNUB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda baş verən qəzada xəsarət alanların son durumu açıqlanıb.

Trend xəbər verir ki, 18 yanvar 2025-ci il tarixdə müxtəlif bədən xəsarətləri ilə 3 nəfər (kişi cinsli) şəxslər Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Yardım şöbəsinə hospitalizasiya ediliblər.

Yaralanan şəxslərdən biri kəllə sümüklərinin sınığı diaqnozu ilə Reanimasiya, digər şəxs isə səthi travmatik əzilmələrlə Travmatologiya şöbəsinə yerləşdirilib. Bir nəfər yaralıya isə ilkin yardım göstərilib və evə buraxılıb. Stasionar şəraitdə müalicə alan yaralıların vəziyyəti ağır stabil qiymətləndirilir.

XXX

22:35

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in əldə etdiyi məlumata görə, “Mercedes” markalı avtomobil taksiyə çırpılıb.

Zərbə alan taksi mağazanın hasarına dəyib.

Nəticədə 3 nəfər ağır yaralanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kliniki Tibbi Mərkəz-in mətbaut katibi Ruzbeh Məmməd Trend-in sorğusuna cavab olaraq bildirib ki, 18 yanvar 2025-ci il tarixdə müxtəlif bədən xəsarətləri ilə 3 nəfər (kişi cinsli) şəxslər Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Yardım şöbəsinə hospitalizasiya ediliblər.

"Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağır stabildir", deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti