Bakı. Trend:
Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və içərisində olan ev əşyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.