...

Ağdamda doğuş zamanı kliniki ölüm keçirən qadının körpəsi öldü (YENİLƏNİB)

Hadisə Materials 15 Aprel 2025 14:43 (UTC +04:00)
Ağdamda doğuş zamanı kliniki ölüm keçirən qadının körpəsi öldü (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

15.04.2025-ci il tarixində saat 10:30 radələrində 2004-cü il təvəllüdlü şəxs hamiləliyin 41-ci həftəsinin doğuş sancıları ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ona təkdöllü spontan doğuş, hamiləliyin sonunda döl başının tibbi yardım göstərilməsini tələb edən yüksək duruşu, döl qişalarının vaxtından əvvəl cırılması diaqnozları təyin olunub.

"Müraciət zamanı qadının səhhətinin ağırlaşması səbəbindən saat 11:10 radələrində Cərrahiyyə blokuna yerləşdirilib. Zəruri instrumental-diaqnostik müayinələrə baxmayaraq, vətəndaşın kliniki ölüm halı qeydə alınıb. Həkimlərin çoxsaylı müdaxiləsi sayəsində qadının həyatı xilas edilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Ölü doğulan körpənin meyiti təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib",- deyə məlumatda qeyd edilib.

xxx

12:10

Ağdamda doğuş vaxtı kliniki ölüm keçirən 21 yaşlı ana son anda ayılıb, bətnindəki döl isə tələf olub.

Trend-in yerli müxbirin əldə etdiyi məlumata görə, hadisə ötən gün Ağdam Mərkəzi Rayon Xəstəxanasının əməliyyatxanasında baş verib.

Doğuş üçün əməliyyat otağına götürülən 2004-cü il təvəllüdlü Yusifova Fatimə Məzahir qızının anidən halı pisləşib və əməliyyat masasında keçinib.

Həkimlərin köməyi sayəsində ana F.Yusifovanın həyatını xilas etmək mümkün olub. Bətnindəki döl isə tələf olub.

Hazırda F.Yusifovanın səhhəti duruma uyğun qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti