...

DİN əməliyyat keçirdi: 39 kq narkotik vasitə aşkar olunub

Hadisə Materials 21 İyul 2025 17:11 (UTC +04:00)
DİN əməliyyat keçirdi: 39 kq narkotik vasitə aşkar olunub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Masallı rayonunda keçirilən növbəti əməliyyat zamanı 1987-ci il təvəllüdlü Rüstəm Abdullayev saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi məlumat yayıb.

Bildirilib ki, ondan 39 kq tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

R.Abdullayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Masallı rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti