...

Hacıqabulda palçıq vulkanı püskürdü

Hadisə Materials 30 Yanvar 2026 18:42 (UTC +04:00)
Hacıqabulda palçıq vulkanı püskürdü
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 16:53-də Hacıqabul rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Respublİka Seysmoloji Xİdmət Mərkəzi (RSXM) məlumat yayıb.

RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin məlumatına əsasən, palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub. Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji 3.38×10^6 coul olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti