...

Ötən ay 120 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Hadisə Materials 3 Fevral 2026 13:21 (UTC +04:00)
Ötən ay 120 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ötən ay 2 halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) aylıq hesabatında məlumat verilir.

Bildirilir ki, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 120 kiloqram 645 qram narkоtik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 6 milyon 570 min 790 manat оlan qaçaqmal, о cümlədən pnevmatik tapança (darağı ilə birlikdə), dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti