...

İrandan Azərbaycana narkotik gətirən şəxslər saxlanıldı

Hadisə Materials 9 Fevral 2026 12:35 (UTC +04:00)
İrandan Azərbaycana narkotik gətirən şəxslər saxlanıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 9 kiloqram 860 qram narkotik vasitə marixuananın İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Bildirilir ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində əraziyə narkotik vasitəni götürmək məqsədilə gələn Bakı şəhər sakinləri – 1991-ci təvəllüdlü Hüseyinov Şəhriyar Səlim oğlu və 2001-ci il təvəllüdlü Əliyev Səttar Niyazi oğlu cinayət məsuliyyətinə cəlb olunmuşlar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti