...

Oktyabrın 21-nə olan kriminal xronika

Hadisə Materials 22 Oktyabr 2005 14:51 (UTC +04:00)

Oktyabrın 21-də daxili işlər orqanları tərəfindən 24 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 15-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 7 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Baş vermiş 2 partlayış hadisəsi nəticəsində isə 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 22 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti