...

Ağstafa rayonu Saloğlu kəndi ərazisində 800 PHS tapılıb və zərərsizləşdirilib

Hadisə Materials 26 Oktyabr 2005 17:35 (UTC +04:00)

Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) metal emalı müəssisəsində baş vermiş insidentdən sonra ötən dövr ərzində Ağstafa raonu Saloğlu kəndi ərazisində apardığı əməliyyatlar nəticəsində 800 PHS tapılıb və zərərsizləşdirilib. Bu barədə Trend ə ANAMA-da bildirilib.

Əməliyyatlar hökumətin insidentdən dərhal sonra verdiyi tapşırığa əsasən aparılır.Bu dövr ərzində agentliyin əməkdaşları tərəfindən minalardan təmizləmə əməliyyatlarının davam etdiriləcəyi 170 000 kv.m ərazi dövrəyə alınıb.Partlayış nəticəsində uzaq məsafələrə düşə biləcək sursatın aşkar edilməsi üçün yaxınlıqdakı yaşayış məntəqələrində təhlil və sorğu aparılması üçün əlavə araşdırma qrupu yaradılıb.

Xatırladaq ki, oktyabrın 21-də Azərbaycanın qərbində, Ağstafa rayonunda metal emalı müəssisəsində partlayış baş verib.Nəticədə müəssisənin 3 işçisi həlak olub, 23 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Xəbər lenti

Xəbər lenti