...

Mingəçevirdə DRES Yaşayış Massivində 8 mənzil yanıb, 1 nəfər dünyasını dəyişib

Hadisə Materials 1 Fevral 2007 13:58 (UTC +04:00)

Fevralın 1-də saat 05:20- də Mingəçevir şəhəri DRES Yaşayış Massivində barak tipli evdə yanğın baş verib. Bu barədə Trend ə Azərbaycan Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğın nəticəsində ümumi sahəsi 500 kv.m. olan taxta konstruksiyalardan ibarət 1 mərtəbəli barak tipli evin - mənzil 1-də yaşayan, işsiz, 1957-ci il təvəllüdlü Sarıyev Novruz İsrafil oğluna məxsus 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 45 kv.m sahədə yanıb. Mənzil 3-də yaşayan 1963-cü il təvəllüdlü Cavadova Sümayə Yüzbaşı qızına məxsus 2 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 35 kv.m. sahədə yanıb. Mənzil 8-də yaşayan 1963-cü il təvəllüdlü Cavadova Ağayar Yüzbaşı qızına məxsus 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 35 kv.m. sahədə yanıb. Mənzil 9- da yaşayan 1939-cu il təvəllüdlü İsayeva Nuriyyə Emin qızına məxsus 2 otaqlı mənzilin yanar konstruksiyaları 30 kv.m. sahədə yanıb. Baş verən hadisədən psixoloji gərginlik keçirən ev yiyəsinin vəziyyəti pisləşib və təcili yardım vasitəsilə xəstəxanaya çatdırılarkən vəfat edib.

Mənzil 5-də yaşayan 1961-ci il təvəllüdlü Süleymanova Gülmayə Hüseyn qızına məxsus 1 otaqlı evin yanar konstruksiyaları 15 kv.m. sahədə yanıb. Mənzil 6- da yaşayan 1982 - ci il təvəllüdlü İsrafilov Tural Hacı oğluna məxsus 1 otaqlı evin yanar konstruksiyaları 20 kv.m. sahədə yanıb. Mənzil 7-də yaşayan 1964 - cü il təvəllüdlü Niftəliyev Süleyman Teymur oğluna məxsus 1 otaqlı mənzilin yanar konstruksiyaları 20 kv.m. sahədə yanıb. Mənzil 12- də yaşayan, 1961 - ci il təvəllüdlü Məmədov Vədut İzzət oğluna məxsus 3 otaqlı evin yanar konstruksiyaları 20 kv.m. sahədə yanıb.

Yanğından Evin qalan hissəsi mühafizə olunub. Dəyən ziyan müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti