Azərbaycan, Bakı, 28 yanvar /Trend/
İnternetdə yolda avtomobilin qarşısından yüksək sürətlə tankın keçməsi ilə bağlı videogörüntü yayılıb. Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Rusiyada Nijnı Taqildə baş verib.
Məlumata görə, tanklar bu yoldan "Uralvaqonzavod"dan poliqona getmək üçün istifadə edirlər.
Qeyd edək ki, hərbi maşın yaxınlaşanda yolda mülki maşınlar üçün quraşdırılan işıqforda qırmızı işıq yanır.
Video Player