...

İri asteroid Yerə ən yaxın məsəfədən keçəcək

Maraqlı Materials 8 Fevral 2013 14:22 (UTC +04:00)
İri asteroid gələn həftə Yerə təhlükəli həddə qədər yaxınlaşacaq.
İri asteroid Yerə ən yaxın məsəfədən keçəcək

Azərbaycan, Bakı, 8 fevral /Trend/

İri asteroid gələn həftə Yerə təhlükəli həddə qədər yaxınlaşacaq. Trend-in cümə günü "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Aerokosmik Agentliyi - NASA məlumat verib.

Araşdırmaçıların məlumatına görə, asteroid Yerə maksimal dərəcədə - təqribən 27 358 kilometr məsəfəyədək yaxınlaşacaq. Bu, fevralın 15-də Bakı vaxtı ilə saat 23:20 radələrində baş verəcək.

"Bu, indiyə qədər Yerdən bu qədər yaxın məsafadən keçən asteroid olacaq", - NASA-dan bəyan ediblər.

Asteroidin adı 2012DA14-dür və o, 2012-ci ildə kəşf edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti