...

Azərbaycanda 50 milyon il əvvələ məxsus tapıntı aşkarlanıb

Maraqlı Materials 30 İyun 2013 11:14 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Mingəçevir sakini Tərlan Əliyev maraqlı bir tapıntı ilə çıxış edib. O,təxminən 50 milyon il eramızdan əvvəlki dövrə aid ilbiz tapdığını bildirib.
Azərbaycanda 50 milyon il əvvələ məxsus tapıntı aşkarlanıb

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Mingəçevir sakini Tərlan Əliyev maraqlı bir tapıntı ilə çıxış edib. O, təxminən 50 milyon il eramızdan əvvəlki dövrə aid ilbiz tapdığını bildirib.

Hal-hazırda elə güman edir ki, tapdığı ilbizdir hansı ki, buz dövründə kristallaşıb. Həmin tapılan tapıntı "kristal" formasında ilbizə bənzəyir. Ancaq onun doğrudan nə olduğunu və qədim dövrlərə aid olub-olmadığını bilmək üçün Tərlan mütəxəssislərin köməyini gözləyir. Qeyd edək ki, ilbiz balıqqulağına oxşar bərk çanaq içərisində yaşayan yumşaq bədənli molyuskdur. Onun müxtəlif növləri var.

Böyük Britaniyanın Nottinqem universiteti buna bənzər bir tarixi tapıntı ilə qarşılaşıb.

Alimlər ilbizlərin növünə uyğun olaraq məxsus olduqları ərazidə deyil, başqa bir yerdə tapılmasından fakt ortaya çıxarıblar. Fakta görə həmin ərazidə insan yaşayıb, çünki onlar ilbizləri saxladıqlarına görə miqrasiya vaxtında özləri ilə daşıyıblar.

Xəbər lenti

Xəbər lenti