...

Uşaqlıqda Daun sindromlu qıza söz verdi, 7 il sonra yerinə yetirdi... (FOTO)

Maraqlı Materials 19 May 2015 01:23 (UTC +04:00)
Ben Mozer və Meri Lapkovits məktəb illərindən dostluq ediblər.
Uşaqlıqda Daun sindromlu qıza söz verdi, 7 il sonra yerinə yetirdi... (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend/

Ben Mozer və Meri Lapkovits məktəb illərindən dostluq ediblər.

Meri Daun sindromundan əziyyət çəkir, lakin bu, onun Benlə dostluğuna heç cür təsir etməyib.

Merinin qardaşı Tom Lapkovits danışır: "Bir çox yaşıdları Daun sindromuna görə ondan uzaqlaşdılar. Lakin Ben yox..."

Ben və Meri eyni ibtidai məktəbdə oxuyublar.

Ben həmişə çalışqan uşaq olub. O, həmişə Meriyə göz qoyub və bu qızı istənilən fəal məktəbə cəlb etmək istəyib. Ben Merinin darıxdığını görəndə onu özü ilə futbol oynamağa aparıb. Meri bunu çox xoşlayıb. Onlar 4-cü sinifdə oxuyanda Ben söz verib ki, Merini məzun gecəsinə aparacaq.

Lakin Meri tezliklə ayrı məktəbə keçib, Ben isə futbol oynamağa davam edib. Amma xoş təsadüf nəticəsində yenidən qarşılaşıblar. Belə ki, onların məktəb komandaları eyni çempionatda iştirak edib. Ben verdiyi sözü xatırlayaraq Meriyə sürpriz etmək qərarına gəlib...

...və onu məzun gecəsinə aparıb.

Meri həmin gün özünü çox xoşbəxt hiss edirdi.

Ben isə bütün şənlik ərzində gözünü qızdan çəkməyib, ona nəzarət edib.

Merinin qardaşı deyir: "Ben mənim insanlığa inamımı qaytardı..."

Benin anası danışır ki, uşaqlarını həmişə belə böyüdüb: "İlk növbədə başqalarını düşünmək, səmimi-qəlbdən sevmək və sona qədər inanmaq, vəfalı olmaq".

Bu gün valideynləri oğulları ilə fəxr edə bilərlər...

Mənbə: Adme.ru

Məqalədə:
Xəbər lenti

Xəbər lenti