...

Merilin Monronun şlyapası auksionda 35 min dollara satılır (FOTO)

Maraqlı Materials 25 Avqust 2015 10:56 (UTC +04:00)
Lota aktrisanın bu şlyapa ilə çəkilmiş şəkli də əlavə olunacaq. Foto 1950-cı ildə Roy Şatt tərəfindən çəkilib.
Merilin Monronun şlyapası auksionda 35 min dollara satılır (FOTO)

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Hollivud aktrisası Merilin Monronun qara şlyapası auksionlardan birində lot keçirilib. Trend bu barədə "The Daily Express"-ə istinadən məlumat verir. Satış cümə axşamı Los-Ancelesdə "Nate D. Sanders" auksion evi tərəfindən həyata keçiriləcək.

Baş geyiminin qiymətinin 35 min dollar olacağı gözlənilir.

Qəzet qeyd edir ki, şlyapa yaxşı vəziyyətdədir, yalnız astarı bir az korlanıb.

Lota aktrisanın bu şlyapa ilə çəkilmiş şəkli də əlavə olunacaq. Foto 1950-cı ildə Roy Şatt tərəfindən çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti