...

Rekord - Gürcü musiqiçi 25 saat fortepiano çaldı

Maraqlı Materials 29 Mart 2016 21:16 (UTC +04:00)
Fortepianoda fasiləsiz ifa üzrə dünya rekordu 127 saat 8 dəqiqədir.
Rekord - Gürcü musiqiçi 25 saat fortepiano çaldı

Bakı. Elçin Hüseynov - Trend:

Tbilisi sakini, 29 yaşlı Tamar Babilua dayanmadan 25 saat ərzində fortepiano çalaraq musiqili alətlərdə fasiləsiz ifa üzrə milli rekorda imza atıb. Bu barədə Trend TASS-a istinadən məlumat verir.

T.Babilua ifasına martın 28-i saat 12:00-da başlayıb və fasiləsiz marafonu martın 29-u saat 13:00-da dayandırıb.

Bundan öncəki Gürcüstan rekordu 21 saat 10 dəqiqə olub.

Qeyd edək ki, fortepianoda fasiləsiz ifa üzrə dünya rekordu 127 saat 8 dəqiqədir. T.Babilua deyir ki, həkimlər ona belə uzun müddət ifa etməyə icazə vermədilər, bu səbəbdən də milli rekordu yeniləməyə qərar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti