Bakı. Trend:
Gündəlik həyatımızın böyük bir hissəsində bizimlə olan kompüterlərin vəzifəsi hər şeyin rəqəmsallığa keçdiyi bu dövrdə daha da artıb.
Trend xəbər verir ki, bu cihazların sistemi potensial nasazlıqlara qarşı müntəzəm olaraq yoxlanılmalıdır.
Kompüteri yoxlamaq üçün istifadə edilə bilən 5 proqram:
Performans Monitoru
Əgər kompüterinizin sağlamlığını
yoxlamaq istəyirsinizsə, lakin üçüncü tərəf proqramlarına etibar
edə bilmirsinizsə, Performans Monitoru kimi tanınan "Windows"
proqramından istifadə edə bilərsiniz. Kompüterdə CPU və yaddaş
istifadəsi kimi müxtəlif fəaliyyətləri izləyən və istifadəçiyə
ötürən bu proqram sistem sağlamlığına nəzarət üçün ən çox istifadə
edilən vasitələrdən biridir.
CPU-Z
CPU-Z; Başda RAM,
anakart və prosessor olmaqla, sistemdəki komponentlərin
xüsusiyyətlərini və ən son vəziyyətini istifadəçilərə ətraflı
şəkildə təqdim edə bilir. Bu, sisteminiz haqqında bilmək
istədiyiniz hər şeyi göstərən ən populyar sistem monitorinq
proqramlarından biridir.
HWiNFO
Kompüterin sağlamlığını yoxlamaq üçün
vasitələrdən biri də HWiNFO-dur. Bu proqram RAM ölçüsü, qrafik
kartı modeli və prosessor sürəti kimi cihazdakı komponentləri
təhlil edərək istifadəçiyə ətraflı hesabat təqdim edir.
Etibarlılıq Monitoru
"Windows Vista"dan bəri
bütün versiyalarda quraşdırılmış Etibarlılıq Monitoru kompüter
tarixçəsini, müəyyən zaman dövrlərində baş verən hadisələri və
xətaları qrafiklə birlikdə göstərir. Digər tərəfdən, səhvlər baş
verdikdə sistemin nə qədər sabit olduğunu 1-dən 10-a qədər miqyasda
qiymətləndirir.
Windows Təhlükəsizliyi
Heç bir üçüncü tərəf proqramına ehtiyac olmadan "Windows Təhlükəsizliyi" vasitəsilə sisteminizin sağlamlığı haqqında məlumat əldə edə bilərsiniz. Cihazınızı təhlükəsiz saxlamağa kömək etmək üçün "Windows Təhlükəsizliyi" cihazınızda təhlükəsizlik problemlərinə nəzarət edir və cihazın performansı və sağlamlıq səhifəsində göstərilən sağlamlıq hesabatı yaradır. Bu kontekstdə o, sisteminizi dörd kateqoriyada qiymətləndirir: yaddaş tutumu, batareyanın ömrü, "Windows vaxtı" xidməti və tətbiqlər və proqram təminatı.