...

Napoleon Bonapartın avtoqrafları hərraca çıxarılacaq (FOTO)

Maraqlı Materials 17 Yanvar 2024 18:57 (UTC +04:00)
Napoleon Bonapartın avtoqrafları hərraca çıxarılacaq (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tarixi sənədlərin üzərində qalmış Napoleon Bonapartın avtoqrafları hərraca çıxarılacaq.

Trend xəbər verir ki, bu barədə “Litfond” hərrac evi məlumat yayıb.

“Fransız imperatoru Napoleon Bonapartın yanvarın 25-də satışa çıxarılacaq avtoqrafları diqqəti cəlb edir. Əvvəla, Napoleon müharibələrinin tarixində çox nadir sənəd olan və 1813-cü il aprelin 2-də Yelisey sarayında yazılmış italyanların orduya səfərbərliyi ilə bağlı italyan dilindəki fərmanın başlanğıc qiyməti hərracda 280 min rubl (3190 dollar) olacaq”, - məlumatda deyilir.

Hərracda, həmçinin, daha bir orijinal sənəd – fransız gəmisinin kapitanına İngiltərədən və əks istiqamətdə mal gətirməsi və göndərməsinə icazə verən Napoleonun şəxsən yazdığı və imzaladığı lisenziya da eyni qiymətə satışa çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti