...

Yeni Asus Zenbook A14 - iş və səyahət üçün ideal noutbuk - ƏTRAFLI İCMAL - FOTO

Maraqlı Materials 10 Fevral 2025 16:35 (UTC +04:00)
Yeni Asus Zenbook A14 - iş və səyahət üçün ideal noutbuk - ƏTRAFLI İCMAL - FOTO
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Müasir texnologiyalar mobil cihazlarlarla bağlı təsəvvürləri dəyişməyə davam edir. Böyük və ağır noutbuklar erası öz yerini yığcamlıq, güc və funksionallıq arasında mükəmməl tarazlığı yaradan, istifadəçilərə iş, təhsil və əyləncə üçün innovativ cihazlarla təmin edən yüngül və güclü həllərə yol açır.

Bunun fonunda ASUS “Snapdragon X” prosessoru əsasında işləyən ilk noutbuklarından sayılan Zenbook A14 (UX3407) adlı yeni noutbukunu təqdim edib. Adıçəkilən noutbuk eleqant dizayn, uzunmüddətli avtonom iş və qabaqcıl texnologiyaları tək kompakt korpusda birləşdirir. Gəlin onun üstünlüklərini təfsilatlı şəkildə nəzərdən keçirək.

Dizayn və erqonomika

Zenbook A14 (UX3407) ASUS-un ultra-nazik noutbuk ənənəsini davam etdirir. Dizayn minimalist lakin premial şəkildə hazırlanıb. Korpus alüminium-oksidli keramikadan (Ceraluminum) olan materialla cilalanıb. Belə bir təbəqə noutbuku cızıqlardan, barmaq izlərindən və aşınmadan qoruyur, həmçinin toxunuş zamanı zövq verir. Noutbukun qalınlığın 13,4 mm-dən 15,9 mm-ə qədərdir ki, bu da onu bazarın ən nazik çözümlərindən birinə çevirir.

  • Rənglər: boz (Iceland Gray) və bej (Zabriskie Beige)
  • Klaviatura – tamölçülü, işıqlandırmalı

Noutbuk “EasyLift” ekran şarniri ilə təchiz olunub. Bu noutbukun üst qapağının açılışını əhəmiyyətli dərəcədə rahatlaşdırır – yüngül barmaq toxunuşu ilə, əlavə səy göstərmədən qapağı qaldırmaq olur, displey isə bu zaman təyin olunmuş mövqedə etibarlı şəkildə fiks olunur.

Displey

Cihaz 14-düymlük, 1920 x 1200 piksel icazəli OLED matriksi ilə təchiz olunub. Ekran DCİ-P3 rəng əhatəsini 100 faiz dəstəkləyir, VESA DisplayHDR True Black 500 sertifikasiyasından keçib və zərərli göy rəngin aşağı şüalanma göstəricinsə malikdir ki, bu da gözlərin yorğunluğunu azaltmış olur.

  • Bəyazlıq – 400 kd/m2
  • Kontrastlıq – 1 000 000: 1

Səmərəlilik

Noutbuk Qualcomm AI Engine - öncədən quraşdırılmış Süni İntellekt sürətləndiricisi olan “Snapdragon X” (vəya Snapdragon X Elite) prosesoru ilə təchiz olunub. Süni intellektdən istifadə ilə tapşırıqların yerinə yetirilməsindəki səmərəlilik - 75 TOPS-a bərabərdir (saniyədə trilyon əməliyyat, bütün alqoritmlərin hesablanması lokal şəkildə cihazda həyata keçirilir.

Əməli yaddaş: 16 ГБ / 32 ГБ LPDDR5X.

Fiziki yaddaş : 512 ГБ / 1 ТБ PCIe 4.0 SSD.

Qrafika: Daxili “Qualcomm Adreno” adapteri

Süni intellekt dəstəyi sayəsində bu noutbuk hesablamalar, foto və video redaktə, eləcə də çoxlu tapşırıqların eyni vaxtda yerinə yetirilməsi üçün əla seçimdir. “Windows”un Copilot+ PC funksiyalarına çıxış imkanı istifadəçilərə gündəlik işlərini asanlaşdıran bir çox üstünlüklər təqdim edir. Onların arasında cihazdan istifadə tarixçəsi üzrə sürətli axtarış aparan “Recall” tətbiqi, sinxron tərcümə edə bilən “Live Captions”, yaradıcılıq üçün “Photos” proqramı və süni intellekt funksiyaları ilə təchiz edilmiş “Paint” tətbiqi xüsusi qeyd oluna bilər.

Avtonomluq

Zenbook A14” ün əsas üstünlüklərindən biri onun avtonom iş müddətidir. Prosessorun enerji-səmərəliliyi və 75Vt-saatlıq akkumlyatoru hesabına noutbuk video baxış rejimində 32 saata qədər, brauzer rejimində isə 19,5 saatdan çox işləyə bilir. Komplektə USB-C vasitəsilə sürətli dolumu təmin edən 65Vt gücündə kompakt qidalandırıcı cihaz daxildir. Sürətli dolum vaxtı – 49 dəqiqəyə 0-dan 60%-ə qədər.

Portlar və kommunikasiya

Korpusun nazil olmasına baxmayaraq, noutbuk geniş çeşid portlarla təchiz olunub:

  • 2× USB4 (Thunderbolt 4, elektrik qidasına dəstək və video çıxış)
  • 1× USB-A 3.2
  • 1× HDMI 2.1

1× 3,5 – mm audioport

Simsiz interfeysə “Wi-Fi 7” və “Bluetooth 5.32” daxildir. Onlar məlumatların ötürülməsinin yüksək sürətliliyini təmin edir.

Proqram təminatı və imkanlar

“Zenbook A14” ARM prosesorları üçün yaxşılaşdırılmış optimizasiyalı Windows 11 əməliyyat sistemi ilə çalışır.

X86 və x64 emulasiyalar dəstəklənir

Kənar səslərin ləğv edilməsi və videozənglər zamanı təsvirin yaxşılaşdırılması üçün ASUS AI süni intellekti ilə təchiz olunub.

ASUS-un özəl utilitiləri (Splendid, Aİ Noise Cancelation, My ASUS)

ASUS Zenbook A14 (UX3407) – 2025-ci ilin ən yüngül və avtonom noutbuklarındandır, səyyar istifadəçilər üçün əla seçiimdir. O yüksək icazəli OLED displeylə, Snapdragon X güclü prosessoru ilə seçilir, elektrik qidası almadan uzun müddət çalışa bilir.

QISA TEXNİKİ GÖSTƏRİCİLƏRİ:

Əməliyyat sistemi

Windows 11 Home

Prosesor

Snapdragon X Elite X1E-78-100 3,4 ГГц (42 МБ keş yaddaş, 3,4 Qqz-ə qədər, 12 nüvə, 12 axın); 45 Vт - model UX3407RA;

Snapdragon X X1-26-100 (30 МБ keş yaddaş, 8 nüvə, 2,97 Qqz-ə qədər); 28 Vт - UX3407QA modeli

Neyron prosesor (Süni İntellekt sürətləndiricisi)

Qualcomm Hexagon NPU, 45 TOPS

Qrafika

Qualcomm Adreno

Displey

Ekran xüsusiyyətləri:

Ölçü və format: 14,0", 16:10 Texnologiya: OLED WUXGA (1920×1200) Təzələnmə tezliyi: 60 Hz Parlaqlıq: 400 cd/m² (pik parlaqlıq – 600 cd/m²) Kontrastlıq: 1 000 000:1; Cavab müddəti: 0,2 ms; Sertifikatlar: Pantone Validated, SGS ; Rəng dərinliyi: 1,07 milyard rəngə qədər; Xüsusiyyətlər: Geniş baxış bucaqları, ekranın nisbi sahəsi 90%, görüntüyə aid, 70% azaldılmış mavi işıq, parlaq səth, toxunma funksiyası yoxdur; Rəng diapazonu: DCI-P3 – 100%

Əməli yaddaş

16 və ya 32 QB LPDDR5X-8533 platada

Fiziki yaddaş

SSD 512 Qb/1 Tb PCIe 4.0 (slot M.2 2280)

Portlar

2 USB 4.0 Type-C (40 Qbit/s, displey, Power Delivery qida sistemi)

1 USB-A 3.2

1 HDMI 2.1 TDMS

3,5-mm audiogiriş

İnterfeyslər

Wi-Fi 6E (802.11ax) 2x2 (triple band), Bluetooth 5.3 (UX3407QA)
Wi-Fi 7 (802.11ax) 2x2 (triple band), Bluetooth 5.4 (UX3407RA)
Windows Hello dəstəkləyən FHD infraqırmızı kamera

Özəl Proqram təminatları

MyASUS
ScreenXpert
GlideX

Displeyin rəng sahəsinin seçimi

ASUS OLED Care displey müdafiəsi

Sistem diaqnostikası və yenilənmə

Təhlükəsiz doldurma

Ventilyatorların müxtəlif iş rejimləri

Təsvirin optimallaşdırılması (Splendid)

Videonun optimallaşdırılması (Tru2Life)

Qaynar klavişlər

Wi-Fi rouminqin optimizasiyası

AppDeals servizi

Link to MyASUS

İdarəetmə

İşıqlandırmalı membran klaviatura
Klavişin gedişi 1,3 mm

Digər

Bəyazlıq və işıq sensoru

FHD Sİ ASUS AiSense kamerası
harman/kardon audiosistemi

Mikrofonlar massivi

Batareya və qidalanma

32 saata qədər avtonom iş; tez qidalanma ( 49 dəqiqəyə 0-60% );
70 Vt-saat, 3 xana;
48 Vt-saat, 3 xana (seçimlər); BP 65 Вт USB-C

Mobil akkumulyatorlardan və 5-20V adapterlərdən qidalanma imkanı. Power Delivery dəstəyi – sürətli və universal qidalanma üçün uyğundur

Ölçülər və çəkilər

Rəng

311х214х13,4-15,9 mm; 0,98 kq (batareya 70 vt/saat)

Bej

Boz

Əsas üstünlükləri:

Ultra yüngül və incə korpus (0,98 kq, 15,9 mm-ə qədər)
Parlaq 14 düymlük OLED ekran (2.8K, 120 Hz)
Yüksək avtonomluq (32 saata qədər)
Müasir interfeyslər (Wi-Fi 7, USB4, HDMI 2.1)
Səssiz işləmə (aktiv soyutma olmadan)

Əgər sizə yolda işləmək üçün zərif, yüngül və uzun ömürlü bir noutbuk lazımdırsa, ASUS Zenbook A14 əla seçimdir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti