...

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2007 10:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 5-də saat 21.25-dən 22.00-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndinin yaxınlığında yerləşən mövqelərdən, oktyabrın 5-də saat 02.00-dən 02.30-dək Tərtər rayonunun Göyarx kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 02.00-dan saat 02.20-dək və saat 04.45-dən 04.50-dək Ağdam rayonunun Cəvahirli kəndinin, saat 06-15-dən 06.25-dək isə Şıxlar kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə məlumat Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

Xəbər lenti

Xəbər lenti