...

Böyük Britaniya turizm agentliyi Sunvil Discovery Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər təşkil edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2007 00:45 (UTC +04:00)
Böyük Britaniya turizm agentliyi Sunvil Discovery Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər təşkil edir

Boyuk Britaniya, London / muxbir Trend / Q.Əhmədova / Boyuk Britaniyanın Sunvil Discovery ltd turizm operatoru Ermənistana və Daglıq Qarabağa 10 gunluk səfərlər təskil edir. Səfərin qiyməti, ucusu, pransionatı, bilet və xırda xərcləri nəzərə almaqla 1627 funt sterlinqdir. Bu barədə məlumatı turizm agentliyinin rəsmi saytında əldə etmək olar.

Sunvil Discovery həmin marsrutla xususi sifarislə digər sifarişlər, coxsaylı ekskursiyalar və variantlar təklif edir.

"Bizdə hec vədə daglıq-qarabag munaqisəsi ilə baglı hec bir məlumat olmayıb", - deyə turizm agentliyinin Londonda ictimayyətlə əlaqədar departamentinin rəhbəri Sara Belcer "Trendin" xususi muxbirinə bildirib. Ona baxmayaraq, o, yaxın gunlərdə azərbaycanan isgal olunmus ərazilərinə səfərlərin təskil olunması barədə daha ətraflı məlumat verəcəyinə "Trendin" muxbirinə soz verib.

"Isgal olunmus ərazilərə turizm səfərlərini təskil etmək qanunsuzdur". Bunu "Trendə" Boyuk Britaniya turizm agentliklərinin asosiasiasında bildiriblər. Onlar hesab edirlər ki, turizm operatoru oz mustərilərinə hara getdiklərini izah etməlidir.

Asosiasiada onuda bildirdilər ki, bu məsələ ilə baglı hec bir addım atılmayacaq. "Bu siyasi məsələdir və buna gorə Boyuk Britaniyanın xarici islər nazirliyinə muraciət etmək lazımdır. Biz bu isə qarısmırıq. Bu turizm operatorunun və mustərinin fərdi secimidir", - deyə bildirdilər.

Sunvil Discovery Britaniya turizm agentliklərinin asosiasiasının uzvudur və 1970-ci ildən fəaliyyət gostərir.

Boyuk Britaniyanın xarici islər nazirliyinin saytında dunyanın muxtəlif olkələrinə səyahətə getmək istəyən olkə vətəndasları ucun xususi təlimat yerləsdirilib. Azərbaycanla baglı bolməsində olkə vətəndaslarına Daglıq-Qarabag və silahlı quvvələr tərəfindən isgal olunmus ətraf ərazilərə getməkdən cəkinməyi məsləhət gorur.

Cənubi Qafqaz olkələri arasında munaqisə 1988-ci ildə Ermənistanın Azərbaycana qarsı ərazi iddiası irəli surməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Daglıq Qarabag ərazisi və bu əraziyə bitisik 7 rayon Ermənistan Silahlı Quvvələrinin isgalı altındadır. 1994-cu ildə tərəflər atəskəs rejiminə dair razılasma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABS-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sulh danısıqları aparılır.

Xəbər lenti

Xəbər lenti