...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Mart 2009 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 6-da saat 19.10-dan 19.20-dək Ermənista Respublikası Berd rayonu Mosesqex kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan  Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 11.15-dan 11.30-dək və 13.25-dən 13.50-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.00-dan 18.15-dək və 23.30-dan 23.45-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklər və Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən, martın 7-də saat 00.10-dan 00.30-dək və 06.24-dən 06.30-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklər və Aşağı Əbdülrəhmahlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti