...

ABŞ Konqresinin qərarı bu ölkənin daxilində problem yarada bilər - Azərbaycanın "İrəli" İctimai Birliyinin rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Dekabr 2009 13:58 (UTC +04:00)
"Biz bəyanatımızı artıq ABŞ-ın Azərbaycandakı səfirliyinə göndərmişik", - çərşənbə günü Trend News-a "İrəli" İctimai Birliyinin rəhbəri Ceyhun Osmanlı bildirib.
ABŞ Konqresinin qərarı bu ölkənin daxilində problem yarada bilər - Azərbaycanın "İrəli" İctimai Birliyinin rəhbəri

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın "İrəli" İctimai Birliyinin rəhbəri hesab edir ki, ABŞ Konqresinin Dağlıq Qarabağım erməni icmasına yardım ayırmasına dair qərarı bu ölkənin daxilində problem yarada bilər.

"ABŞ-ın Kaliforniya, Texas kimi ştatlarında meksikalıların sayı daha çoxdur. Əgər meksikalılar Kaliforniya ştatını işğal edib, özlərinin ikinci bir qondarma Meksika dövlətini elan etsələr və hər hansı dövlətin qanunverici orqanı həmin separatçı rejimə yardım edərsə, ABŞ-ın buna münasibəti təbii ki, mənfi olardı. ABŞ-ın erməni separatçılarına yardım ayırmasının beynəlxalq hüquq normalarına uyğun olmadığını ABŞ hökumətinin başa düşməsi çox vacibdir", - çərşənbə günü Trend -a "İrəli" İctimai Birliyinin rəhbəri Ceyhun Osmanlı bildirib.

Dekabrın 8-də ABŞ Konqresinin Senat və Nümayəndələr Palatası üzvlərinin birgə konfransında ABŞ dövlət qurumlarının 2010-cu maliyyə ili üzrə büdcələri barədə ümumiləşdirilmiş qanun layihəsi qəbul edilib.

Osmanlının sözlərinə görə, birlik etiraz bəyanatını artıq ABŞ-ın Azərbaycandakı səfirliyinə göndərib.

"Hazırda Nümayəndələr Palatasının üzvlərinin hər birinin ünvanlarını toplayırıq. Biz onların hər birinə fərdi qaydada bəyanatımızı göndərəcəyik. Sonrakı addımlarımız isə bəyanatlara veriləcək reaksiyalardan asılı olacaq", - birliyin rəhbəri əlavə edib.

Onun fikrincə, dünyada beynəlxalq hüququn normalarını təbliğ edən bir ölkə kimi ABŞ əgər özü bu normaları pozursa, ilk növbədə özünü gözdən salır.

"Çünki gələcəkdə digər əməkdaşlıq perspektivlərində, başqa ölkələrlə qurulacaq münasibətlərdə ABŞ-ın qarşısına bu fakt bir arqument kimi qoyulacaq", - Osmanlı vurğulayıb.

Osmanlının sözlərinə görə, əgər ABŞ Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün bu jestləri edirsə, Azərbaycanı da paralel olaraq strateji tərəfdaşı kimi itirdiyinin fərqində olmalıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti